Kalmar və onun faydaları

Kalmar buğumayaqlılar sinfinə daxil olan molyusklardandır. Adətən kalmarların ölçüsü 0,25-0,5 metr uzunluğunda olur. Nadir hallarda iri ölçülü kalmarlara da rast gəlinə bilir. Ən iri kalmar 20 metr uzunluğunda olan onurğasız heyvan kimi qeydə alınıb.

Supermarketlərdə əsasən 800 qram çəkidə olan kalmarlara rast gəlinir. Bu zaman kalmarın yeyiləcək orqanları onun dərisi altında yerləşən çanağında gizlənir. Kalmarın əti xüsusi tünd dada və donmuş balıq iyini xatırladan iyə malik olur.

Onu almamışdan əvvəl təzəliyinə diqqət yetirmək lazımdır. Təzə kalmar dərisinin rəngi çəhrayının açıq bənövşəyinə çaları rəngdə olur. Aldıqda isə təmizlənməmiş kalmar almaq məsləhət görülür. Onu bişirmək üçün təmizlədikdə isə çəkisini iki dəfə itirir.
Davamı →

Tonometr alanda nələrə diqqət etməli?

Hipertoniyanı “lal qatil” adlandırırlar. Simptomsuz inkişaf edən bu xəstəlik insult və infarktın əsas səbəbidir.

Məhz bu səbəbdən həkimlər hər gün təzyiqi ölçməyi tövsiyə edir ki, bu hipertoniyanı vaxtında aşkar etməyə və müalicəyə başlamağa yardım edir. 

Arterial təzyiqi ölçən cihaz (tonometr) hər bir evdə olmalıdır. Tonometri düz seçmək lazımdır. 

Bilək nahiyəsinə taxılan tonometrlər daha kiçikdir və istifadədə asandır. Lakin manjeti olan və qolun yuxarı hissəsinə taxılan tonometrlər daha dəqiq və etibarlı sayılır.
Davamı →

Suyu tez-tez içmək olmaz

Su həyatdır. İnsan orqaniminin əksər hissəsi sudan ibarətdir. Orqanizmdə mayenin normal miqdarda olması həyati vacibdir.

İnsanlar susuzlaşanda suyu adətən tez-tez, iri qurtumlarla içir. Lakin suyu belə içmək olmaz. Bu insan sağlamlığına ciddi ziyan vurur.

İlk növbədə bu zaman su yaxşı mənimsənilmir. Əksinə yavaş-yavaş içilən su daha yaxşı mənimsənilir və susuzluq hissi daha tez keçir.
Davamı →

Şəkərdən imtina etməyin müsbət nəticələri

şəkərKaliforniya Universiteti alimləri şəkər və şirniyyatlardan imtina edən insanın orqanizmində baş verən dəyişikliklərlə bağlı araşdırma aparıb. Alimlər sübut edir ki, şəkər və şirniyyatlardan (tort, pirojna, konfet, şirin qazlı içkilər və s.) imtina edən insanın orqanizmində çoxlu sayda müsbət dəyişikliklər baş verir, bir çox orqan və sistemlərin fəaliyyəti xeyli yaxşılaşır, insanın sağlamlığı bərpa olunur.

1. İlk növbədə bu ürək-damar sisteminə aiddir. Son araşdırmlar göstərib ki, əslində ürək-damar sisteminin əsas düşməni yağlı qidalar deyil, şəkərdir. Məhz şəkər damarlarda xroniki iltihab yaradır ki, nəticədə iltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır, damarlar zəifləyir, onların partlaması riski artır. Alimlərin fikrinə görə, şəkərdən imtina ürək-damar sistemi xəstəliklərinin riskini 2-3 dəfə azaldır.
Davamı →

Yalnış qidalanma vərdişlərinin sağlamlığa təsiri

Yalnış qidalanma orqanizmdə həzm problemlərinə, qəbizliyə və bunların nəticəsi olaraq, digər xəstəliklərə gətirib çıxarır. Düzgün qidalanma vərdişlərinə qidanı düzgün qəbul etmə qaydası və düzgün gündəlik rasion aiddir. 

Bu gün həyat tempi sürətli olduğu üçün, əksər insanlar qidanı, demək olar ki, çeynəmədən udurlar. Unutmaq olmaz ki, qidanın maye vəziyyətinə gələnədək çeynənməsi bağırsaqların normal fəaliyyətini təmin edən amillərdən biridir.

Eyni zamanda, yaxşı çeynəmək üçün dişlər də qaydasında olmalıdır. Dişlərin sağlam olması bağırsaqların normal fəaliyyəti üçün vacibdir. Buna görə də, dişlərə hər zaman qulluq etmək, onları qaydaya salmaq lazımdır.
Davamı →

Un və şəkərdən uzaq durun

Hazırda xərçəng bütün dünyada ən bəlalı xəstəliklərdən birinə çevrilib. Xüsusən də un və şəkərdən çox istifadənin bu xəstəliyə daha çox rəvac verdiyi bildirilir. Bəs artıq çəkisi olanlarda, şəkərli qidalardan çox istifadə edənlərdə xərçəng xəstəliyi niyə daha çox görülür? 

Artıq çəkisi olan insanlarda xərçəng xəstəliyi daha çox görülür. Bu, bir faktdır.

Şəkərli, unlu məmulatları və düyü çox yeyən insanlarda da xərçəng xəstəliyinə daha çox rastlanır. Ət istifadəsi ilə də xərçəng xəstəliyinin əlaqəsi mövcuddur. Bunlar faktdırlar. İsbat edilib artıq.
Davamı →

Köhnə kitablar təhlükəlidir

İnsan beyninin dincəlməsi üçün olduqca müstəsna rola malik olan kitablar arasında gün keçirmək çox insanların sevimli məşğuliyyətidir. Bəzi insanlar onlarda nostalji hisslər yaradan köhnə kitabları vərəqləməyi, onları oxumağı daha çox sevir. Bəzi insanlar isə sırf peşələri ilə əlaqədar köhnə kitablar, sənədlər arasında gün keçirməli olurlar.

Lakin kitabsevərlər, eyni zamanda köhnə kitab, sənədlər arasında gün keçirməyə məcbur olan insanlar bilməlidirlər ki, yeni çapdan çıxan kitabların insan sağlamlığına zərəri olmasa da, köhnə kitablar, sənədlər tozlarla bol olduğundan onlar insan səhhətində bir çox problemlər yarada bilərlər.
Davamı →

Bu əşyaları hamamda saxlamayın


Şəxsi gigiyenamız üçün hamam olduqca önəmli bir yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətin olur. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.

Diş fırçası 
Aparılan araşdırmaya əsasən, hamamda saxlanılan diş fırçalarının üzərində 60 faiz qalıq maddələr tapılıb. Bu isə nə qədər təmizkar olsanız da, hamamda yaranıb artan bakteriyalara əngəl ola bilmədiyiniz anlamına gəlir.
Davamı →

Su içməmək hansı xəstəliklər yaradır?

Su həyatdır. İnsan sağlamlığının əsasını təşkil edir. Bəs az su içmək və ya bədənin susuz qalması hansı xəstəliklər yarada bilər?

Yorğunluğunuzun əsas səbəbi su içməmək ola bilər.
Sağlam insan vücud ağırlığının kişilərdə 60, qadınlarda isə 50 faizi sudan ibarətdir. Bu göstərici yeni doğulan körpələr üçün 70faiz təşkil edir. Beynin 95 faizi və ağciyərlərin 90 faizi sudur. Vücudda olan suyun 2 faizinin azalması nəticəsində yorğunluq, diqqət əksikliyi, yaddaş ilə bağlı problemlər ortaya çıxır.
Davamı →

Bişirməzdən əvvəl əti və toyuğu yumayın

Mütəxəssislərin fikrinə görə, ətin üzərində görünən çirk yoxdursa, əti yumaq nəinki lazım deyil, hətta ziyanlıdır.

Su mikrobların azalmasına səbəb olmur, əksinə, mikroblar su damcıları ilə ətrafa yayılır.

Bişirilmə zamanı ətdə olan bütün mikroblar onsuz da məhv olur. Təbii ki, söhbət yaxşı bişmiş və ya qızardılmış ətdən gedir.

Aşbazlar da bişirdikdən əvvəl əti yumağı tövsiyə etmirlər ki, bu, hazır qidanın dadını pisləşdirir.
Davamı →